Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Ermənistanın Baş Qərargah rəisi Gürcüstana səfər etdi

07 Dec 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Ermənistanın Baş Qərargah rəisi general-mayor Eduard Asryan Gürcüstanda səfərdə olub.

Press.az APA-ya istinadən xəbər verir ki, məlumatı bu ölkənin Müdafiə Nazirliyi yayıb.

Bildirilib ki, səfər çərçivəsində Asryan gürcüstanlı həmkarı general-mayor Giorgi Matiaşvili ilə görüşüb. Tərəflərin hərbi təhsil sahəsində əməkdaşlığın dərinləşdirilməsi perspektivlərinə dair müzakirə aparıb. Giorgi Matiaşvili Asryanı Gürcüstan Müdafiə Qüvvələrində aparılan islahatlarla tanış edib.

Ermənistan silahlı qüvvələrinin nümayəndə heyəti NATO-Gürcüstan Birgə Təlim və Qiymətləndirmə Mərkəzini də ziyarət edib.

Oxşar xəbərlər
OTACI