Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Putin: "Əlavə səfərbərliyin mənası yoxdur"

07 Dec 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Rusiya Prezidenti Vladimir Putin İnsan Hüquqları Şurasının üzvləri ilə görüşündə ölkədə qismən səfərbərliyin ikinci dalğası ilə bağlı sualı cavablandırıb.

Press.az xəbər verir ki, onun sözlərinə görə, hazırda əlavə səfərbərliyin mənası yoxdur.

“Mümkün səfərbərliyə gəlincə... Səfərbər olunan 300 mindən 150 mini əməliyyat bölgəsindədir, yəni yarısı. Bu 150 minin yarısı - 77 mini döyüşən hərbi hissələrdədir. Qalanları isə ikinci və ya üçüncü cərgədədir və ərazi müdafiəsi funksiyasını yerinə yetirir”, - deyə Rusiya Prezidenti bildirib.

“Daha 150 min nəfər əlavə təlim keçdikləri poliqonlarda və təlim mərkəzlərindədir. Bu şəraitdə dövlət və Müdafiə Nazirliyi üçün əlavə səfərbərliyə ehtiyac yoxdur”, - deyə Rusiya dövlət başçısı əlavə edib.

Oxşar xəbərlər
OTACI