Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Rusiya şirkətlərə bunu qadağan edəcək

06 Dec 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Rusiya baş nazirinin müavini Aleksandr Novak, Avropa İttifaqının Rusiyadan dəniz yolu ilə daşınan neftin barelinin tavan qiymətini 60 dollar olması ilə bağlı qərarını qiymətləndirib.

Press.az-ın xarici mediaya istinadən məlumatına görə, Novak ilin sonuna qədər şirkətlərə tavan qiymətlə neft satışını qadağan etməyi planlaşdırdıqlarını bildirib:

"Hazırda məsləhətləşmələr aparırıq, qərarı yekunlaşdırırıq və şirkətlərlə müzakirə edirik”.

Tavan qiymət qərarının bazar alətlərinə müdaxilə etmək olduğunu vurğulayan Novak, "Bu, əlbəttə ki, şirkətlərimizin işinə təsir edir. Bununla belə, Rusiya neftinə dünya bazarlarında tələbat olduğunu və alıcı tapacağını vurğulamaq istərdim" – deyib.

Oxşar xəbərlər
OTACI