First slide

Şahzadə Harri kral ailəsindəki həyatı “çirkli oyun” adlandırdı

06 Dec 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Şahzadə Harri və Meqan Markl dekabrın 8-də “Netflix”də premyerası olacaq sənədli seriallarının ikinci treylerini yayımlayıblar.

Burada III Çarlzın oğlu kral ailəsindəki həyatı “çirkli oyun” adlandırıb.

“Bu ailədə bir iyerarxiya var, bilirsiniz, məlumat sızması, öncədən hazırlanmış saxta hallar baş verir. Bu, çirkli bir oyundur”, şahzadə Harri bildirib.

Onun sözlərindən sonra treylerdə şahzadə Diananın fotoqraflar tərəfindən təqib edilməsinin görüntüləri əks olunub.

Videoda Meqan Marklın nadir arxiv görüntüləri də var.

Treyler şahzadənin “Bütün həqiqəti heç kim bilmir – biz bütün həqiqəti bilirik” deməsi ilə bitir.

Press.az

Oxşar xəbərlər
OTACI