Beş aydır itkin düşən universitet tələbəsinin meşədə sümükləri tapıldı.
Press.az ölkə.az-a istinadən xəbər verir ki, Ərzurum Atatürk Universiteti Hüquq Fakültəsinin 4-cü kurs tələbəsi 26 yaşlı Vedat Altun yay mövsümündə oteldə işləmək üçün Bodruma gəlib.
İyulun 6-da hava almaq adı ilə işlədiyi oteldən çıxan Vedat Altun bir daha geri qayıtmayıb.
Ailə üzlərinin ondan xəbər ala bilməməsindən sonra polisə xəbər veriblər.
Hər yerdə aparılan axtarışlardan sonra meşə ərazisində insan sümükləri aşkar edilib.
Aparılan müayinədən sonra həmin dəlillərin Vedat Altuna aid olduğu müəyyən edilib.
Hadisənin səbəbləri araşdırılır.