Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Çində rekord həddə gündəlik yoluxma qeydə alınıb

26 Nov 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Çində koronavirusa gündəlik yoluxma sayında rekord artım qeydə alınıb.

Press.az xəbər verir ki, bu barədə Çin Milli Səhiyyə Komissiyası məlumat yayıb.

Çində son 24 saat ərzində ümumilikdə 35 183 yeni koronavirusa yoluxma halının aşkar edildiyi, onlardan 31 709-nun asemptomatik olduğu bildirilib.

Yeni yoluxma hallarının əksəriyyəti ölkənin cənubunda və cənub-qərbdə qeydə alınıb. 

32 milyon əhalisi olan Çonqinqdə yoluxmaların sayı əvvəlki günə nisbətən təxminən 20 faiz artaraq 7721 olub.

Paytaxt Pekində gündəlik yoluxma halların sayı əvvəlki günə görə yüzdə 58 faiz artaraq 2 min 595-ə yüksəlib.

Son 24 saat ərzində ölkədə koronavirusdan ölən olmayıb.

Açıqlanan məlumatlara görə, pandemiya başlayandan bəri COVID-19-dan ümumilikdə 5 min 232 nəfər ölüb.

Oxşar xəbərlər
OTACI