Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

İndoneziyada zəlzələdə ölənlərin sayı 310 nəfərə çatıb

25 Nov 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

İndoneziyada baş verən 5,1 bal gücündə zəlzələ nəticəsində ölənlərin sayı 310 nəfərə çatıb.

Press.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Bildirilib ki, təbii fəlakət nəticəsində 24 nəfər itkin düşüb, mindən çox yerli sakin xəsarət alıb.

Bundan başqa, 7 mindən çox insan hələ də evlərinə qayıda bilməyib.

Xatırladaq ki, zəlzələnin episentri paytaxt Cakartadan 74 kilometr cənub-şərqdə olub. Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə, mənbə 5 kilometr dərinlikdə baş verib.

 

 

Oxşar xəbərlər
OTACI