Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

QƏRİBƏ HADİSƏ: Fənərlə əməliyyat etdilər...

24 Nov 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Rusiyanın Ukraynada enerji infrastrukturlarına hücumundan sonra paytaxtın 70 faizi işıqsız qalıb, həkimlər ürək əməliyyatı zamanı elektrik kəsilməsinə baxmayaraq əməliyyatı uğurla başa vurub.

Press.az xarici mediaya istinadən xəbər verir ki ,ötən gün Rusiyanın enerji infrastrukturlarına 70 raketlə hücumundan sonra Ukraynada elektrik və su kəsilməsi halları baş verib. Kiyev meri Vitali Kliçko açıqlamasında bildirib ki, paytaxtın 70 faizi işıqsız və susuz qalıb. Enerji şirkətləri elektrik enerjisi verməyə öyrəşiblər, lakin bu, milli şəbəkədəki balansdan asılı olacaq. Energetika naziri German Qaluşenko Ukraynanın Rusiyanın raket hücumlarına görə bağlanan 3 atom elektrik stansiyasının bu gün yenidən fəaliyyətə başlamasını gözlədiklərini bildirib.

Buna rəğmən, ürək əməliyyatı zamanı elektriyi kəsilən Kiyev Ürək Xəstəxanasının həkimləri bütün mənfiliklərə baxmayaraq əməliyyatı davam etdiriblər. Həkimlər projektordan istifadə edərək əməliyyatı uğurla başa vuraraq uşağın həyatını xilas ediblər.

Digər tərəfdən, Ukrayna prezidenti Vladamir Zelenski dünən axşam verdiyi açıqlamada Rusiyanın raket hücumlarından sonra Kiyevdə vəziyyətin çox pis olduğunu və elektrik enerjisinin bərpası üçün bütün gecə işləməyə davam edəcəklərini bildirib.

Oxşar xəbərlər
OTACI