Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Türkiyədə zəlzələdə yaralananların sayı 46-ya çatıb

23 Nov 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Türkiyənin Düzce vilayətində baş verən zəlzələ nəticəsində yaralananların sayı 46-ya çatıb.

Press.az  “Anadolu”ya istinadən xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyindən (AFAD) bildirilib.

Türkiyənin daxili işlər naziri Süleyman Soylu jurnalistlərə açıqlamasında deyib ki, zəlzələdə ölən olmayıb: “Bu, ən böyük təsəllimizdir”.

O bildirib ki, Prezident Rəcəb Tayyib Ərdoğan mövcud durumla yaxından izləyir: “Bəzi yerlərdə elektrik enerjisi kəsilib, amma tədricən bərpa edilir. Gün ərzində bu məsələ həllini tapacaq.

Zəlzələdən sonra 70-dən çox afterşoklar qeydə alınıb. Müxtəlif qurumlar, o cümlədən Qızıl Aypara Cəmiyyəti vətəndaşlarımıza kömək edir, dəstək olurlar”.

Nazirin sözlərinə görə, əraziyə xilasedicilər cəlb edilib: “Zəlzələ bir çox regionda hiss edilib”.

Düzce valisi Cevdat Atay bəzi ərazilərdə, o cümlədən Düzcede və Boluda məktəblərdə tədrisin dayandırıldığını bildirib.

Türkiyənin ailə və sosial xidmətlər naziri Derya Yanıkın sözlərinə görə isə vətəndaşlara dəstək olmaq üçün bölgəyə 10 psixososial qrup göndərilib.

08:26

Türkiyənin Düzce vilayətində baş verən güclü zəlzələ nəticəsində xəsarət alanların sayı 35 nəfərə çatıb.

Press.az ” xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca tviter hesabında yazıb.

Nazir bildirib ki, xəsarət alan şəxslərin müalicəsi davam edir.

Oxşar xəbərlər
OTACI