Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Çavuşoğlu: “Bu əsr fövqəldövlətlərin rəqabətinin yaratdığı böhranlar dövrü ola bilər”

22 Nov 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu hesab edir ki, cari əsr fövqəlgüclərin rəqabətinə əsaslanan böhranlar dövrünə çevrilə bilər.

O, bu fikri Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının Dostlar Qrupunun Nazirlər Toplantısı zamanı bildirib.

Çavuşoğlunun çərşənbə axşamı Mərakeşin Fəs şəhərindəki tədbirdə çıxışı oun “Twitter” səhifəsində yayımlanıb.

Türkiyənin xarici işlər naziri diqqəti islamofobiya, antisemitizm, antixristianlıq, ksenofobiya, separatizm və ekstremizm cərəyanlarının geniş vüsət almasına yönəldib. Onun fikrincə, dünyada ayrı-seçkilik, təcridetmə və qarşıdurma bir-birini qidalandıraraq bir növ qapalı dairə yaradır.

Çavuşoğlu xatırladıb ki, Sivilizasiyalar Alyansı 17 il əvvəl İspaniya və Türkiyənin təşəbbüsü ilə yaradılıb. Buraya 158 ölkə daxildir.

“Alyans BMT səviyyəsində ən çox dəstəklənən təşəbbüslərdən biridir”, - deyə o əlavə edib.

 

 

Oxşar xəbərlər
OTACI