Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Rusiyadan Bakıya uçuşların sayı ARTIRILIR

22 Nov 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Rusiyanın "Utair" aviaşirkəti noyabr ayında Samaradan Bakıya reyslərin sayını həftədə iki dəfədən üç dəfəyədək artırıb.

Press.az xəbər verir ki, bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, əlavə reys çərşənbə axşamları yerinə yetiriləcək. Uçuş Samaradan yerli vaxtla 12:40-da, Bakıdan əks istiqamətdə 17:05-də həyata keçiriləcək.

Eyni zamanda, şirkətin cümə axşamı və bazar günləri reyslərinin cədvəli dəyişməz qalır.

Xatırladaq ki, "Utair" aviaşirkəti Moskva, Qroznı, Samara, Ufa, Sankt-Peterburq, Tümen, Surqut şəhərlərindən Bakıya, Moskva şəhərindən Gəncə və Naxçıvana uçuşlar yerinə yetirir.

 

 

Oxşar xəbərlər
OTACI