Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Qətər və Çin ən böyük LNG müqaviləsi imzalayıb

22 Nov 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Qatar Energy” şirkəti Çinin “Sinopec” şirkəti ilə mayeləşdirilmiş təbii qazın (LNG) tədarükünə dair müqavilə imzalayıb.

Sənəd 27 il müddətinə imzalanıb və bu, tarixdə ən uzun LNG tədarükü müqaviləsidir.

Müqavilənin şərtlərinə əsasən, “Qatar Energy” bu müddət ərzində Çinə ildə 4 milyon ton LNG tədarük edəcək. Sövdələşmənin həcmi 60 milyard dollar həcmində qiymətləndirilir.

Qətər İranla ortaq olduğu dünyanın ən böyük neft və qaz yatağının bir hissəsi olan Şimal yatağından qaz tədarük edəcək. O, İranda Cənubi Fars adlanır. Bu, Şimalda hasilatın genişləndirilməsi və qazın mayeləşdirilməsi imkanlarının artırılması çərçivəsində Qətərin imzaladığı ilk müqavilədir.

Altı LNG emalı stansiyasının istifadəyə verilməsi Qətərə 2027-ci ilə qədər hasilatı 60% artırmaqla hər il 126 milyon tona qədər qazı mayeləşdirməyə imkan verəcək. Hazırda ölkədə ildə 77 milyon ton LNG istehsal olunur.

Çinlə imzalanma mərasimi zamanı Qətər rəsmiləri həmçinin bildiriblər ki, oxşar sövdələşmələr Çin və hətta Avropadakı digər alıcılarla da müzakirə olunur.

Oxşar xəbərlər
OTACI