Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Qazaxıstanın hazırkı prezidenti seçkilərdə qalib gəlib - YENİLƏNİB

20 Nov 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Qazaxıstanın hazırkı prezidenti Kasım-Jomart Tokayev seçkilərdə 82,45% səslə qalib gəlib.

Press.az xəbər verir ki, bunu “Açıq Cəmiyyət” Beynəlxalq Regional Araşdırmalar İnstitutunun keçirdiyi “exit-poll”un nəticələri sübut edir.

“Qazaxıstan” teleradio korporasiyasının təşkil etdiyi onlayn sorğuya əsasən, Tokayev 82,45% səs toplayıb.

19:30

Qazaxıstanda növbədənkənar prezident seçkilərində səsvermə respublikanın əksər bölgələrində yerli vaxtla saat 20:00-da (Bakı vaxtı ilə 18:00) başa çatıb.

Press.az xəbər verir ki, ümumilikdə ölkə üzrə 10 mindən çox seçki məntəqəsi fəaliyyət göstərib.

Eyni zamanda, Qazaxıstanın beş rayonunda - Aktobe, Atırau, Qərbi Qazaxıstan, Qızılorda və Manqistau vilayətlərində saat fərqinə görə seçki məntəqələri bir saat sonra bağlanacaq.

Səsvermə başa çatdıqdan sonra seçki komissiyalarının üzvləri səslərin hesablanmasına başlayacaqlar.

Oxşar xəbərlər
OTACI