Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Fridanın bəyənməyib atdığı əsəri 8,63 milyon dollara satıldı

20 Nov 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Dünyaca məşhur meksikalı rəssam Frida Kahlonun bəyənmədiyi və zibilliyə atdığı avtoportreti hərracda 8,63 milyon dollara satılıb.

Press.az xəbər verir ki, bu rəssamın 1933-cü ildə çəkdiyi və “Avtoportret. Çox eybəcər” adlandırdığı əsərdir.

 

Əsər cümə axşamı Nyu Yorkdakı “Christie's” hərrac evində keçirilən hərracda adı açıqlanmayan şəxs tərəfindən satışa çıxarılıb.

Fridanın fresk texnikasından istifadə edərək 22,2 x 27,3 santimetr ölçüdə çəkdiyi avtoportretinin satışından əvvəl 7 ilə 10 milyon dollar arasında təxmini qiyməti müəyyən edilib və əsər 8,63 milyon dollara satılıb.

Qeyd edək ki, Fridanın zibil qutusuna atdığı əsərini dostunun taparaq gizlicə alıb hərracda satdığı bildirilir.

Oxşar xəbərlər
OTACI