Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Fransanın tənqidlərinə baxmayaraq, Avstraliya ABŞ-ın nüvə sualtı qayıqlarına üstünlük verəcək

20 Nov 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

 Avstraliya ABŞ-ın nüvə texnologiyası ilə təchiz edilmiş sualtı qayıqlardan ibarət donanmaya üstünlük verəcək.

Press.az xəbər verir ki, bu barədə AP məlumat yayıb.

Belə ki, Avstraliyanın əvvəlki hökuməti keçən il ABŞ və İngiltərə ilə razılaşmaya üstünlük verərək, ənənəvi sualtı qayıqlardan ibarət donanma yaratmaq üçün Fransa ilə bağlanmış 90 milyard Avstraliya dolları (66 milyard ABŞ dolları) dəyərindəki müqaviləni ləğv edib.

Baş nazir Entoni Albanese may seçkilərində hakimiyyətə gəldikdən sonra AUKUS adlanan nüvə sazişini dəstəkləyib. Mart ayında Avstraliya ABŞ istehsalı sualtı qayıqları və ya Britaniyanın Astute sinifli sualtı qayıqlarından biri arasında seçim edəcək. Makron AUKUS müqaviləsini tənqid edib.

Oxşar xəbərlər
OTACI