Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Sarı jiletlilər 4 il sonra yenidən Paris küçələrində

20 Nov 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Fransanın paytaxtı Parisdə sarı jiletlilər dörd il sonra yenidən küçələrə çıxıb.

Press.az xəbər verir ki, etirazçıların əsas tələbləri arasına sosial ədalət, daha çox demokratiya və referendum təşkil olunması daxildir.

Yüzlərlə insanın iştirak etdiyi nümayişdə polislə nümayişçilər arasında gərgin anlar yaşanıb.

Borsa Meydanında başlayan və Anne-Marie Carriere meydanında sona çatan nümayişdə etirazçılar bəzi zibil qutularını yandırıblar.

Qeyd edək ki, Fransada yanacağın bahalaşması və pis iqtisadi şərtlərə cavab olaraq 17 noyabr 2018-ci ildə başlayan sarı jiletlilər hərəkatı prezident Emmanuel Makronun sosial-iqtisadi siyasətinə etirazlarla davam edir.

Sarı jiletlilər hər şənbə Paris küçələrinə çıxaraq, “Makron istəməsə belə, biz işçilərin ləyaqəti və daha yaxşı dünya üçün buradayıq” şüarı ilə etiraz aksiyası təşkil edir.

Oxşar xəbərlər
OTACI