Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Süni ət satışa çıxır

20 Nov 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

ABŞ Qida və Dərman İdarəsi (FDA) ilk dəfə kök hüceyrələrindən əldə edilən toyuq ətinin satışına icazə verib.

Press.az-ın BBC-yə istinadən verdiyi xəbərə görə, Kaliforniyada “Upside Foods” şirkəti tərəfindən laboratoriya şəraitində süni toyuq əti toyuqlardan alınan canlı hüceyrələrdən əldə olunub.

 

Bundan sonrakı mərhələdə isə şirkət süni ətlərin istehsal olunacağı mərkəzlərlə əlaqədar da müvafiq lisenziyalar almalıdır.

Qeyd edək ki, 2020-ci ilin dekabrında Sinqapurda laboratoriyada istehsal edilmiş proteinin satışına icazə verilib və Sinqapur bununla da süni ət satışına icazə verən ilk ölkə olub.

Aparılan tədqiqatlara əsasən, 2030-cu ildə laboratoriya şəraitində təşkil olunan ət istehsalı canlı heyvanlardan əldə olunan ət istehsalı ilə rəqabət aparacaq hala gələcək, 2040-cı ildə isə dünya ət bazarında süni ətin xüsusi çəkisi 35 faizə çatacaq.

Oxşar xəbərlər
OTACI