Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Qazaxıstanda güclü zəlzələ oldu

20 Nov 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Qazaxıstanın Seysmik Stansiyalar şəbəkəsi bazar günü yerli vaxtla saat 09:21-də (Bakı vaxtı ilə 07:21) ölkənin cənubunda 5,7 bal gücündə zəlzələ qeydə alıb.

Press.az TASS-a istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin Seysmoloji eksperimental-metodiki ekspedisiyası məlumat yayıb. 

"Zəlzələnin episentri Almatıdan 273 km şimal-şərqdə yerləşib. Yeraltı təkanlar 5,7 maqnitudada olub", - məlumatda deyilir.

Seysmoloqların bildirdiyinə görə, iki-üç bal gücündə (MSK-64 şkalası üzrə) zəlzələ Taldıkorqan şəhərində, Kapal-Arasan kəndində üç bal gücündə hiss olunub. Dağıntı və tələfat barədə məlumat yoxdur.

Oxşar xəbərlər
OTACI