Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

"Bu pisliklərə son qoyulacaq" - Xamenei

20 Nov 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Bu pisliklərə son qoyulacaq və İran daha güclü yoluna davam edəcək”.

Press.az xəbər verir ki, bunu İranın lideri İranın Ali Rəhbəri Seyid Əli Xamenei  müxtəlif şəhərlərdə baş verən etirazlar və silahlı hücumlarla bağlı deyib. 

Ölkədəki hadisələrin düşmənlər tərəfindən təşkil edildiyini əsas gətirən Xamenei, “Son qiyamların əsas təşkilatçıları xalqı meydanlara çıxara bilmədiklərinə görə öz pis əməllərini davam etdirərək dövləti yormağa çalışırlar. Təbii ki, yanılırlar, çünki bu pisliklər xalqı yorur, onlara daha da nifrət edir”, - deyib.  

“Bu hadisələr, cinayətlər və dağıntılar insanlar və biznes üçün problemlər yaradır, lakin dövlətə zərər verə bilməyəcək qədər alçaqdır. Bu pisliklərə son qoyulacaq və İran daha güclü yoluna davam edəcək”, - deyə o qiymətləndirmə edib. 

Oxşar xəbərlər
OTACI