Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

İstanbulda terror aktında yaralananlardan 71-i xəstəxanadan buraxılıb

19 Nov 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Türkiyənin İstanbul şəhərinin İstiqlal küçəsində törədilən terror aktından sonra 71 nəfər xəstəxanadan buraxılıb, 10 nəfərin müalicəsi davam edir.

Press.az xəbər verir ki, bunu Türkiyənin səhiyyə naziri Fahrettin Koca tviterdə deyib.

"Səkkiz nəfərin müalicəsi palatalarda davam edir, ikisi isə reanimasiyadadır", - nazir tviterdə yazıb.

Xatırladaq ki, noyabrın 13-də İstanbulun İstiqlal prospektində terror aktı törədilib. Hadisə nəticəsində 6 nəfər həlak olub, 81 nəfər yaralanıb.

Terror aktını törətməkdə şübhəli bilinən Ahlam Albashır saxlanılıb. O, PKK terror qruplaşması ilə əlaqəli olduğunu etiraf edib.

 

 

Oxşar xəbərlər
OTACI