Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Ərdoğan: “Sahibsiz heyvanların yeri küçələr deyil, sığınacaqlardır”

17 Nov 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bitlisdə 11 yaşlı uşağın it dişləməsindən sonra həyatını itirməsi ilə əlaqədar danışarkən bildirib ki, sahibsiz heyvanların yeri küçələr deyil, sığınacaqlardır.

Bu barədə o, jurnalistlərlə keçirdiyi mətbuat konfransında deyib.

Türkiyə lideri aidiyyəti qurumlara bu barədə lazımi göstərişlər verdiyini qeyd edib:

“Bu işi boş qoymamalıyıq. Məsələ ilə bağlı lazımi addımlar atılmalıdır, lazım olan tədbirlər həyata keçiriləcək. Bununla bağlı bələdiyyələr sığınacaqlar tikməli, sahibsiz heyvanları toplamalıdırlar”.

Mənbə: TRT Haber

 

 

Oxşar xəbərlər
OTACI