Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Ermənistan TŞ-nin katibi: “Ankara-İrəvan münasibətləri çox mürəkkəbdir”

15 Nov 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Türkiyə-Ermənistan münasibətlərinin normallaşması prosesində tezliklə nəticə olacağına ümid edirəm”.

Press.az “Novosti Armenia”ya istinadən xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib.

Onun sözlərinə görə, Ankara-İrəvan münasibətlərinin normallaşması üzrə danışıqlar intensiv şəkildə davam edir: “Tərəqqinin təmin olunacağını anlamaq üçün sıx əlaqə var”.

A.Qriqoryan müsahibəsində Bakı və İrəvan arasında aparılan danışıqlara da toxunub.

Təhlükəsizlik Şurasının katibi deyib ki, Azərbaycan-Ermənistan münasibətləri çox mürəkkəbdir. “Türkiyə ilə münasibət də belədir. Bu münasibətlər arasında əlaqə əlavə çətinliklər yaradır”.

Oxşar xəbərlər
OTACI