Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Türkiyə və ABŞ prezidentlərinin müzakirə etdikləri məsələlər açıqlanıb - YENİLƏNİB

15 Nov 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ Prezidenti Cozef Baydenin görüşündə “Taxıl sazişi”nin müddətinin uzadılmasının vacibliyi məsələsi müzakirə olunub.  

Press.az “Report-a istinadən ” xəbər verir ki, bu barədə Ağ ev məlumat yayıb. 

Liderlər sazişin qüvvədə qalmasının mühüm əhəmiyyət daşıdığını vurğulayıblar.  

Bundan başqa, C.Bayden İstanbulda törədilən terror aktında ölən və yaralananlara görə R.T.Ərdoğana başsağlığı verib.

Liderlər NATO vasitəsilə gələcək koordinasiyanı müzakirə ediblər.

Tərəflər həmçinin F-16 qırıcı təyyarələrinin Türkiyəyə tədarükü barədə də fikir mübadiləsi aparıblar.

12:23

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ Prezidenti Cozef Bayden arasında görüş başlayıb.

Press.az “Report” -a istinadən xəbər verir ki, məlumatı Türkiyə Prezident Administrasiyası yayıb.

Liderlər “G-20”liyin İndoneziyanın Bali adasında keçirilən sammiti çərçivəsində bir araya gəlib.

Oxşar xəbərlər
OTACI