Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

İran Ordusunun şəxsi heyətindən ümumxalq etirazlarına DƏSTƏK - FOTO

05 Oct 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

İran Ordusunun şəxsi heyəti hökumət əleyhinə keçirilən ümumxalq etirazlarına dəstək verir.

Press.az xəbər verir ki, bu barədə “Azad İran” “Telegram” kanalında məlumat verilib.

Bildirilib ki, İran xalqının ümummilli qiyamının davamında ölkənin bir neçə ordu zabiti etirazçılara dəstək verdiklərini açıqlayıb və polis qüvvələri, xüsusi təyinatlılar, Bəsic və SEPAH tərəfindən xalqa qarşı repressiyaları tənqid ediblər.

İran ordusunun zabiti, “təyyarələrə texniki xidmət” üzrə mütəxəssis olan kapitan Səccad Əskəri videomüraciət yayımlayıb və İran İslam Respublikasının polis qüvvələrinin komandanı Hüseyn Əştəriyə müraciət edərək bildirib ki, o, və döyüş yoldaşları “haqlarını tələb etmək üçün son nəfəsinə qədər xalqın yanında olacaqlar”.

Oxşar xəbərlər
OTACI