First slide

Yaponiya Təhlükəsizlik Şurası: Şimali Koreya “Hvason-12” tipli raket buraxıb

04 Oct 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Şimali Koreyanın çərşənbə axşamı atdığı raket, çox güman ki, “Hvason-12” qitələrarası ballistik raket olub. O, Pxenyanın sınaq tarixində ən çox - 4600 km məsafə qət edə bilib.

Bunu Yaponiyanın müdafiə naziri Yasukadzu Hamada Milli Təhlükəsizlik Şurasının təxirəsalınmaz iclasından sonra Tokioda keçirilən təcili mətbuat konfransında deyib:

“Biz güman edirik ki, buraxılan “Hvason-12” tipli raketdir. Hesablamalarımıza görə, buraxılan raketin parametrləri ortamənzilli ballistik raketlərin xüsusiyyətlərini üstələyir”.

Qeyd edək ki, Şimali Koreyanın çərşənbə axşamı Aomori prefekturasının üzərindən buraxdığı raket Yaponiyanın Sakit Okeandakı əlahiddə iqtisadi zonasından kənara düşüb.

Bu, Şimali Koreyanın ilin əvvəlindən bəri 23-cü raket sınağıdır. Pxenyan sonuncu dəfə 2017-ci ilin sentyabrında Yaponiya üzərindən ballistik raket atıb.

Press.az 

Oxşar xəbərlər
OTACI