First slide

Ukrayna taxıl müqaviləsinin uzadılmasının tərəfdarıdır

03 Oct 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Ukrayna Qara dəniz üzərindən taxıl ixracına dair sazişlərin uzadılmasında maraqlıdır.

Press.az xəbər verir ki, bunu BMT Baş katibinin sözçüsü Stefan Dujarrik keçirdiyi mətbuat konfransında bildirib.

“Ukrayna ilə taxıl ixracı müqavilələrinin uzadılması Baş katib (BMT-nin Baş katibi Antonio Qutereş – Red) üçün prioritet məsələdir. Onların çox effektiv olduğu və qlobal ərzaq qiymətlərinə böyük təsir göstərdiyi sübut edilmişdir. Bizə açıq şəkildə bildirildi ki, Ukrayna Prezidenti (Volodimir Zelenski – Red) və danışıqlar apardığımız insanlar Baş katibin bu istiqamətdə səylərini dəstəkləməyə davam edirlər” - deyə, o bildirib.

Qeyd edək ki, Ukraynadan taxıl ixracına dair sazişlər iyulun 22-də imzalanıb, ilk gəmi avqustun 1-də Ukrayna limanlarını tərk edib. Müqavilənin müddəti 120 gündür. Bundan əvvəl Ukrayna bəyan etmişdi ki, ixrac üçün təxminən 20 milyon ton ərzaq göndərə bilər.

Oxşar xəbərlər
OTACI