Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

İran XİN: "Ukrayna ilə münasibətlərin pisləşməsinə görə təəssüflənirik"

24 Sep 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“İran Rusiyaya pilotsuz uçuş aparatları tədarükü ilə bağlı xəbərlərə görə Ukrayna ilə münasibətlərin pisləşməsindən təəssüflənir”.

Press.az IRNA-ya istinadən xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani deyib.

O, həmçinin əlavə edib ki, İran Ukrayna və Rusiya arasındakı münaqişədə neytrallığını qoruyur və mübahisələrin siyasi həllinin zəruriliyini bildirir.

N.Kənani Ukrayna hökumətinin qərarına cavab olaraq İranın atdığı müvafiq addımları diqqətə çatdırıb və hökumətə iki ölkə arasında münasibətləri pozmaq istəyən üçüncü tərəflərin hər hansı təsirindən yayınmağı tövsiyə edib.

Qeyd edək ki, ötən gün Ukraynada İrana məxsus 6 PUA məhv edilib. Bunun ardınca Ukrayna İran səfirini ölkədən qovub.

Oxşar xəbərlər
OTACI