Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Rusiyada qismən səfərbərliyə onlar cəlb olunacaqlar - Siyahı

22 Sep 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Rusiya Müdafiə Nazirliyi qismən səfərbərlik şəraitində hərbi xidmətə kimin və hansı şərtlərlə çağırılacağı məsələsinə aydınlıq gətirib.

Press.az RBK-ya istinadən xəbər verir ki, ilk növbədə zəruri hərbi ixtisasa malik olanlar çağırılacaq ki, bunlara da atıcılar, tankçılar, atıcılar, sürücülər və sürücü-mexaniklər daxildir.

Daha sonra ehtiyatda olanların “birinci kateqoriyası”na aid edilmiş şəxslər hərbi hissələrə göndərilicəklər: 35 yaşınadək sıravi və ehtiyatda olan çavuşlar, 50 yaşınadək kiçik zabitlər, 55 yaşadək yüksək rütbəli zabitlər.

Həmçinin zəruri hərbi ixtisasları olan qadınlar, xüsusən də həkimlər çağırıla bilər, lakin indi belə mütəxəssislərə ehtiyac minimaldır.

Əsas seçim meyarlarından biri çağırışçıların və hərbi xidmətə çağırılanların döyüş təcrübəsi olacaq.

"Belə ki, ehtiyatda olan vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırılması qaydası müəyyən edilməyib, çağırışa cəlb olunanların sayı “tamamlanmış hərbi hissələrin müntəzəm ehtiyacı” ilə müəyyən edilir”, - deyə Müdafiə Nazirliyindən bildirilib.

Oxşar xəbərlər
OTACI