Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

NATO Çinə Rusiya ilə bağlı çağırış etdi

22 Sep 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

NATO-nun Baş katibi Yens Stoltenberq Çinin xarici işlər naziri Vanq Yi ilə görüşüb və ölkəsini Ukraynadakı müharibəni dayandırmaq üçün Rusiyaya təsirindən istifadə etməyə çağırıb.

Press.az xarici KİV-ə istinadən xəbər verir ki, Stoltenberq Nyu-Yorkda Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası zamanı Çin naziri Vanq ilə keçirdiyi görüşlə bağlı sosial şəbəkədə açıqlama verib.

“Mən Çini Rusiyanın Ukraynadakı müharibəsinə son qoymaq üçün Rusiyaya təsir imkanlarından istifadə etməyə çağırmışam”, – Stoltenberq bildirib.

NATO-nun insan haqları və Tayvanla bağlı narahatlıqlarını da dilə gətirdiyini deyən Stoltenberq qlobal təhlükəsizlik mövzusunda dialoqu davam etdirməyə hazır olduqlarına diqqət çəkib.

Oxşar xəbərlər
OTACI