Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Qazaxıstan, Özbəkistan və Qırğızıstan öz vətəndaşlarına Ukraynada döyüşməyi QADAĞAN ETDİ

22 Sep 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Qazaxıstan, Özbəkistan və Qırğızıstan öz vətəndaşlarına Ukraynada döyüşməyi qadağan edib.

Press.az xəbər verir ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv olmuş və ya üzv olan Qazaxıstan, Özbəkistan və Qırğızıstan öz vətəndaşlarının Ukraynaya qarşı müharibədə iştirakına qarşı çıxıblar.

Sentyabrın 21-də Qırğızıstanın Rusiyadakı səfirliyi öz vətəndaşlarını xarici dövlətlərin ərazisində hərbi əməliyyatlarda iştiraka görə cinayət məsuliyyətinə cəlb edəcəklərini bildirib. Rusiyada yaşayan və hər hansı hərbi əməliyyatlarda iştiraka çağırılacaq Qırğızıstan vətəndaşlarına dərhal öz ölkələrinin diplomatik nümayəndəliyi ilə əlaqə saxlamaları tövsiyə olunur. Müharibəyə gedənlər 5 ildən 10 ilə qədər həbs riski ilə üzləşir, əmlakının müsadirə olunması da mümkündür.

Özbəkistan və Qazaxıstan hakimiyyəti də bir gün əvvəl oxşar mövqedən çıxış edib. Özbəkistanın Rusiya Federasiyasındakı səfirliyi bəyan edib ki, o, həmvətənlərini cinayət məsuliyyəti müəyyən edilmiş xarici dövlətlərin ərazisində könüllü batalyonların yaradılmasına və ya hərbi əməliyyatlarda iştirakına qarşı xəbərdar edir. 10 ilə qədər həbs cəzası gözlənilir.

Qazaxıstanda eyni pozuntuya görə Qazaxıstan Respublikası Cinayət Məcəlləsinin 172-ci maddəsinə (Qazaxıstan vətəndaşlarının silahlı birləşmələrdə qəsdən qanunsuz iştirakı ilə bağlı əməllər) uyğun olaraq, 5 ildən 9 ilədək həbs cəzası nəzərdə tutulur.

Qeyd edək ki, Qazaxıstan və Qırğızıstan KTMT-nin üzvüdür və Özbəkistan isə 2012-ci ildə təşkilatı tərk edib.

Oxşar xəbərlər
OTACI