First slide

Çinin keçmiş ədliyyə naziri barəsində edam hökmü çıxarılıb

22 Sep 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Çinin şimal-şərqində yerləşən Tszilin əyalətinin Çançun şəhər məhkəməsi sentyabrın 22-də keçmiş ədliyyə naziri, ictimai təhlükəsizlik üzrə sabiq nazir müavini Fu Çjenxua barəsində iki illik möhlət verilməklə barəsində ölüm hökmü çıxarıb.

Press.az TASS-a istinadən xəbər verir ki, bu barədə məhkəmə məlumat yayıb.

Bildirilib ki, Fu Çjenxua ümumilikdə 117 milyon yuan (16,5 milyon dollara yaxın) məbləğində rüşvət almaqda təqsirli bilinib. O, siyasi hüquqdan məhrum edilib, onun əmlakı dövlətin xeyrinə müsadirə olunacaq. İki illik möhlət bitəndən sonra apellyasiya şikayəti olmadan və şərti azadlığa buraxılmadan ömürlük həbslə əvəz edilə bilər.

Keçmiş nazir 2005-2021-ci illərdə müxtəlif dövlət və partiya vəzifələrində işləyib. Həmin dönəmdə səlahiyyətindən və tutduğu vəzifədən sui-istifadə edərək şəxsi maraqlarına görə biznesə himayədarlıq edib. O həmçinin kiçik qardaşı Fu Veyhuanın törətdiyi cinayətlərə dair mühüm dəlilləri gizlətməkdə təqsirli bilinib.

Fu Çjenxua təqsirini etiraf edərək əməllərindən peşman olduğunu vurğulayıb.

Oxşar xəbərlər
OTACI