Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

ABŞ Prezidenti Ukraynada keçirilməsi planlaşdırılan "referendum"a münasibət bildirib

21 Sep 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Kreml Ukrayna torpaqlarını ilhaq etmək üçün saxta referendum təşkil edir".

Press.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Cozef Bayden deyib.

“Biz xəbərdarlıq etmişdik və müharibənin qarşısını almağa çalışmışdıq. Rusiyanın müharibə cinayətləri ilə bağlı çoxlu sübutlar ortaya çıxır. Bu, Ukraynanın bir dövlət kimi mövcudluğuna qarşı savaşdır”, - o bildirib.

C.Bayden vurğulayıb ki, bu hadisələr hər kəsin qanını dondurmalıdır: “Heç bir xalqın torpaqlarını güclə ələ keçirmək olmaz. Bu prosesə mane olan yeganə qüvvə Rusiyadır. Əslində, demokratiya ilə avtoritarizm arasında mübarizə gedir”.

Oxşar xəbərlər
OTACI