Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Ərdoğan bütün ölkələri Türkiyəni dəstəkləməyə çağırdı

20 Sep 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Türkiyə bütün ölkələri və beynəlxalq təşkilatları Ukraynada sülhün bərqərar olması səylərini dəstəkləməyə çağırır.

Press.az bu barədə Türkiyə mətbuatına istinadən xəbər verir.

"Biz Ukraynada son günlər yenidən alovlanmaqda olan müharibəyə son qoymaq üçün səyləri artırmağa davam edəcəyik. Biz problemin Ukraynanın ərazi bütövlüyü və müstəqilliyi nəzərə alınmaqla həllinin tərəfdarıyıq. Həmçinin Rusiya və Ukraynanın iqtisadi böhrandan çıxmasına şərait yaradacaq diplomatik həlli birgə tapmaq vacibdir” - Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

O, həmçinin qeyd edib ki, “taxıl dəhlizi” vasitəsilə Ukraynadan kənd təsərrüfatı məhsullarının idxalının artması onu sevindirir.

Oxşar xəbərlər
OTACI