Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Ömürlük həbs cəzası 22 ildən sonra ləğv edildi - “Serial” adı ilə məşhurlaşan cinayət

20 Sep 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

2000-ci ilin əvvəlində bütün dünyanın diqqət mərkəzində olmuş , insanlar tərəfindən “Serial” adı verilən Adam Syed cinayətinin məhkəmə gedişatında yeni təfərrüatlar meydana çıxıb.

Press.az xəbər verir ki, Baltimor şəhər məhkəməsinin hakimi Melissa Phinn 41 yaşlı məhbusun işini "ədalətin maraqları naminə" ləğv edərək, yenidən araşdırılması üçün istintaqa təqdim edib və Syed istintaqa qədər ev dustaqlığına buraxılıb.

Çərşənbə günü isə Syedin günahsızlığı sübuta yetirilib. İyirmi ildən çox müddətdə dəmir barmaqlıqlar arxasında qaldıqdan sonra Syedin məhkumluğunu ləğv etmək üçün məhkəməyə müraciət edilib.

Prokurorluqdan bildirilib ki, iş üzrə alternativ iki şübhəli şəxs var. 1999-cu ildə ilkin istintaq zamanı sübut yetərsizliyinə görə bu fakt lazımınca araşdırılmayıb.

Şübhəlilərdən birinin səhv foto təsvirləri səbəbindən polis tərəfindən axtarışına son verilib.

Eyni zamanda o da bildirilir ki, hər iki şübhəli keçmiş məhkumlardır. Onlardan biri avtomobilində qadına hücum etməkdə, digəri isə silsilə şəkildə cinsi təcavüzdə təqsirli bilinib.

Qeyd edək ki, 18 yaşlı Li 1999-cu il yanvarın 13-də Merilend ştatının Baltimor şəhərində liseydən çıxdıqdan sonra müəmmalı şəkildə yoxa çıxmışdı.

Təxminən bir ay sonra isə Baltimor parkında onun cəsədi aşkar edilmişdi. Basdırıldığı yerdən çıxarılarkən tibbi expertiza onun boğulduğuna dair qərar vermişdi.

Linin o vaxt 17 yaşı yenicə tamam olmuş keçmiş sevgilisi Syed qətldə ittiham olunaraq həbs edilmişdi.

O qətl, soyğunçuluq, adam oğurluğu üzrə ittiham edilərək ömürlük həbs cəzasına məhkum edilmişdi.

Oxşar xəbərlər
OTACI