Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Çavuşoğlu Blinkenlə Qafqazdakı vəziyyəti müzakirə etdi - YENİLƏNİB

20 Sep 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

ABŞ dövlət katibi Entoni Blinken Nyu-Yorkda Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə Ermənistan və Azərbaycan arasındakı gərginliyi müzakirə edib.

Press.az xəbər verir ki, bu barədə Dövlət Departamenti məlumat yayıb.

Qeyd olunur ki, Blinken ABŞ-ın iki ölkə arasında dialoqu təşviq etməyə və uzunmüddətli siyasi nizamlanmaya nail olmağa hazır olduğunu təsdiqləyib.

***

17:44

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ Dövlət katibi Entoni Blinkenlə görüşüb.

Press.az xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Görüş Birləşmiş Millətlər Təşkilatının (BMT) 77-ci Baş Assambleyasının iclası çərçivəsində Nyu-York şəhərində baş tutub.

Tərəflər iki ölkə arasındakı münasibətlər, Rusiya-Ukrayna müharibəsi və bölgəni əhatə edən digər aktual mövzular ətrafında fikir mübadiləsi aparıblar.

Oxşar xəbərlər
OTACI