“ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Ermənistana səfəri zamanı verdiyi bəyanatlar heç bir tarixi faktlara əsalanmır, qərəzli mövqe əks etdirir. Bu cür açıqlamalar qəbuledilməzdir”.
Press.az bildirir ki, Türkiyə vitse-prezidenti Fuad Oktay Nensi Pelosinin verdiyi açıqlamalara sərt münasibət bildirib.
Bölgədə sülh və sabitliyə böyük ehtiyac duyulduğu bir vaxtda hər kəsi obyektiv, tədbirli və məsuliyyətli davranmağa dəvət edən Oktay Azərbaycan ərazilərinin 30 ildir qeyri-qanuni işğal altında qaldığını vurğulayıb.
“Öz torpaqlarını azad etmək üçün mübarizə aparan Can Azərbaycanın yanındayıq” -deyə Fuad Oqtay bildirib.