Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Sərhəd döyüşlərində Ermənistanın 207 hərbçisi ölüb, 293 nəfər isə yaralanıb

19 Sep 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Sərhəddəki gərginlik nəticəsində Ermənistan silahlı qüvvələrinin 207 hərbçisi ölüb və ya itkin düşüb, yaralıların sayı isə 293 nəfərdir.

Press.az “Aysor”a istinadən xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurasının yaydığı açıqlamada bildirilib.

Qeyd edək ki, sentyabrın 19-da Ermənistanın Baş naziri Nikol Paşinyanın rəhbərliyi ilə Təhlükəsizlik Şurasının toplantısı keçirilib.

Şurada açıqlama qəbul olunub. Məlumata əsasən, sentyabrın 12-13-də Ermənistanın törətdiyi genişmiqyaslı təxribat nəticəsində 207 nəfər ölüb, 2 nəfər itkin düşmüş sayılır, 293 nəfər yaralanıb, 20 hərbçi isə əsir düşüb.

Oxşar xəbərlər
OTACI