Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Rusiya mediası erməni təxribatından yazdı

16 Sep 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Tanınmış jurnalist, Azərbaycan Demokratik İslahatların İnkişafı Mərkəzi İctimai Birliyinin sədri Cavid Şahverdiyevin Rusiyanın nüfuzlu PolitRus.com portalında dövlət sərhədində Ermənistan silahlı qüvvələrinin törətdiyi genişmiqyaslı hərbi təxribatı ilə bağlı məqaləsi yayımlanıb.

Press.az Axar.az-a istinadən xəbər verir ki, müəllif qeyd edib ki, Azərbaycan Ordusu Ermənistanın təxribatının zamanında qarşısını alıb, düşmənə növbəti dəfə ağır, sarsıdıcı zərbə vurub və nəticədə işğalçı ölkənin yüzlərlə canlı qüvvəsi, hərbi texnikası məhv edilib.

Yazıda bildirilib ki, beynəlxalq hüquq normalarına riayət etməyən Ermənistan 44 günlük savaşdakı acı məğlubiyyətdən nəticə çıxarmayaraq təxribatlar törətməkdə davam edir.

Həmçinin İrəvan rəsmilərinin bəyanatları və əsaslandırmalarının Ermənistanın regionda və dünyada təhlükəsizlik, sabitlik və əməkdaşlığa qarşı olduğunu bir daha təsdiqlədiyi vurğulanıb.

Qeyd edilib ki, beynəlxalq birlik Ermənistana qarşı sanksiyalar tətbiq etməyənə qədər o, regiondakı təxribatçı fəaliyyətlərini dayandırmayacaq.

Oxşar xəbərlər
OTACI