First slide

Sanksiyalar Rusiyanın müasir silahlar istehsal etməsinə mane olur

16 Sep 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Qərb sanksiyaları Rusiyanın Ukraynadakı müharibə üçün müasir silahlar istehsal etmək imkanını sarsıtmağa başlayıb”.

Press.az “RBC-Ukraina”ya istinadən xəbər verir ki, bunu NATO Hərbi Komitəsinin rəhbəri admiral Rob Bauer deyib.

Onun sözlərinə görə, Qərb sanksiyaları Rusiya zavodlarının fəaliyyətinə getdikcə daha çox mane olur: “Çünki onların silah sistemləri üçün lazım olan bəzi komponentlər Qərbdən tədarük olunurdu. Nəticəd qanadlı raketlərin istehsalı xeyli azalıb”.

R.Bauer bildirib ki, digər tərəfdən, bir sıra komponentlərin çatışmazlığına baxmayaraq, Rusiya sənayesi hələ də çoxlu sursat istehsal etmək qabiliyyətinə malikdir.

Oxşar xəbərlər
OTACI