Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Tacikistan və Qırğızıstan sərhədində döyüşlər gedir

16 Sep 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Qırğızıstan sərhəddəki münaqişə ilə bağlı Tacikistanı əsassız olaraq ittiham etmək üçün sosial şəbəkələrdən yararlanır”.

Press.az “Report”-a istinadən  xəbər verir ki, açıqlamanı Tacikistan Milli təhlükəsizlik üzrə Dövlət Komitəsi yayıb.

“Qırğız Respublikası sosial şəbəkə vasitəsi ilə Tacikisitanı münaqişəni davam etdirməkdə ittiham etməyə cəhd göstərir. Bunların heç biri reallığı əks etdirmir. Tacikistan Respublikası və Qırğız Respublikası ilə dövlət sərhədində vəziyyətin sabitləşməsi üzrə cəhdlərimiz 2022-ci il sentyabrın 15-də uğursuzluqla nəticələndi. Qırğızıstan silahlı münaqişəni davam etdirir və problemin danışıqlar yolu ilə həllindən imtina edir”, - məlumatda vurğulanıb.

Qeyd edək ki, hazırda Tacikistan və Qırğızıstanın dövlət sərhədində döyüşlər gedir.

10.27

“Əldə edilən razılığa baxmayaraq, Tacikistan Qırğız Respublikası ilə sərhəddəki münaqişə bölgəsinə hərbi döyüş texnikası cəmləşdirir”.

Press.az report-a istinadən xəbər verir ki, bu barədə Qırğızıstanın Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsindən bildirilib.

Məlumata görə, atəşkəs haqqında əldə edilən razılığa baxmayaraq, rəsmi Düşənbə münaqişə bölgəsinə döyüş texnikası yığır və Qırğız Respublikasının ərazisini malik olduğu bütün texnikadan atəş açır: “Bununla da Tacikistan ərazimizi ələ keçirməyə çalışır”.

Qeyd edək ki, Tacikistanla Qırğızıstan sərhədçiləri arasında Leylek və Batken sərhədyanı rayonlarında atışma olub. Hadisə nəticəsində ölən və yaralananların olduğu bildirilib.

Xatırladaq ki, Tacikistan və Qırğızıstanın təhlükəsizlik qurumları arasında atəşkəsə dair razılıq əldə edilib.

 

Oxşar xəbərlər
OTACI