Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

İranla nüvə sazişinin bərpası üzrə danışıqlar dayandırıldı

16 Sep 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planının (JCPOA) bərpası prosesi dayandırılıb və onun yaxın gələcəkdə bərpa olunacağı ehtimalı yoxdur.

Press.az xəbər verir ki, bu barədə cümə axşamı İsrailin müdafiə naziri Beni Qanz bildirib.

Rayxman Universitetindəki təhlükəsizlik konfransında çıxış edən nazir Vyana danışıqlarının ən azı noyabrın 8-də ABŞ Konqresinə keçiriləcək aralıq seçkilərə qədər dayandırıldığını bəyan edib.

Qeyd edək ki, İsrail Vyana danışıqlarının iştirakçısı deyil və sazişin bərpası prosesinə rəsmi təsir göstərə bilməz. Buna baxmayaraq, İsrail rəsmiləri dəfələrlə ABŞ prezidenti Co Bayden administrasiyasını İranla nüvə sazişini bərpa etməməyə çağırıb.

Xatırladaq ki, sözügedən saziş 2015-ci ildə İranın nüvə inkişafı ilə bağlı böhranı aradan qaldırmaq üçün BMT Təhlükəsizlik Şurasının Daimi Beşliyi və Almaniya tərəfindən imzalanıb. ABŞ-ın əvvəlki prezidenti Donald Tramp 2018-ci ildə bu sazişdən çıxmaq qərarına gəlib. Bayden dəfələrlə Vaşinqtonu nüvə sazişinə qaytarmağa hazır olduğunu bildirib. Rusiya, Böyük Britaniya, Almaniya, Çin, ABŞ və Fransa keçən ilin aprel ayından Vyanada İranla razılaşmanın ilkin formada bərpa etmək üçün danışıqlar aparır.

Oxşar xəbərlər
OTACI