Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Qazaxıstan paytaxtının adının geri qaytarıması ilə bağlı yerli məclis qərar qəbul edib

15 Sep 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Qazaxıstanın paytaxtı Nur-Sultanın məclisinin deputatları şəhərin yenidən Astana adlanması ilə bağlı təklifin lehinə səs veriblər.

Press.az report-a istinadən  xəbər verir ki, məlumatı “Zakon” yayıb.

Bildirilib ki, məclisin katibi Yerlan Kanalimov 2019-cu ildə paytaxtın adının dəyişdirlməsi ilə bağlı şəhər sakinlərindən üzr istəməyə hazır olduğunu deyib.

Məlumata görə, Nur-Sultanın yenidən Astana adlanması ilə bağlı 17 təklif daxil olub. Sentyabrın 14-də parlamentin onomastika komissiyasının növbəti iclasında şəhərin adının yenidən Astana adlanması ilə bağlı yekdilliklə qərar qəbul edilib.

“Jana Kazaxıstan” parlament qrupu də şəhərinn adının qaytarılması ilə bağlı təklif sentyabrın 2-də irəli sürmüşdü. Məsələ ilə bağlı ölkə Konstitusiya layihəsinə uyğun dəyişikliyi edilib.

Qeyd edək ki, 2019-cu ildə paytaxt Astananın adı ölkənin birinci Prezidenti Nursultan Nazarbayevin şərəfinə Nur-Sultan adlandırılmışdı.

Oxşar xəbərlər
OTACI