Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

KTMT missiyasının Ermənistana gələcəyi tarix bəlli oldu

14 Sep 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) missiyası sentyabrın 15-də Ermənistana gələcək”.

Bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan açıqlama verib.

“Sabah KTMT missiyasının Ermənistana gələcəyini gözləyirik. Bizim müraciətimiz KTMT-də lazımi qaydada müzakirə olunub”, - deyə Mirzoyan parlamentdə hökumət saatında çıxış edərkən bildirib.

Xatırladaq ki, çərşənbə axşamı KTMT Şurası videokonfrans vasitəsilə keçirilən növbədənkənar iclasında təşkilatın missiyasını Ermənistana göndərmək barədə qərar qəbul edib. Səfərdə məqsəd Ermənistan-Azərbaycan sərhədində vəziyyətin gərginləşməsi ilə bağlı vəziyyəti qiymətləndirməkdir.

Missiyanın tərkibinə KTMT-nin baş katibi Stanislav Zas, KTMT-nin Birləşmiş Qərargah rəisi general-polkovnik Anatoli Sidorov və təşkilata üzv dövlətlərin nümayəndələrinin daxil olması nəzərdə tutulur.

Mənbə: TASS

Oxşar xəbərlər
OTACI