Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Ərdoğan-Putin əməkdaşlığı NATO-nu və Qərbi qıcıqlandırır - Erlanger

14 Aug 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

"Rusiya Prezidenti Vladimir Putin və Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan arasında artan tərəfdaşlıq Qərb ölkələrini və xüsusilə Ankaranın NATO tərəfdaşlarını qıcıqlandırır".

Press.az publika.az-a istinadla xəbər verir ki, bu fikri Amerikanın “The New York Times” qəzetinin köşə yazarı Stiven Erlanger söyləyib.

“Qarşılıqlı çağırışlar iki prezidenti həmişəkindən daha da yaxınlaşdırıb. Son üç həftədə iki dəfə görüşdülər”, - deyə köşə yazarı Türkiyə dövlət başçısının Soçiyə son səfərinə diqqət çəkib.

Jurnalist hesab edir ki, Şimali Atlantika Alyansı nümayəndələrinin qəzəbinə səbəb Türkiyə Prezidentinin əslində Qərbin qurmağa çalışdığı “sanksiya bəndində boşluq yaratması” ilə izah olunur. Erlanqer əlavə edib ki, belə mövqe yalnız Ərdoğanın özünə sərf edir: "O, Rusiya biznesləri ilə əməkdaşlığı davam etdirməklə məhdudiyyətlərdən yan keçir və Moskvanın Suriyadakı təsirini cilovlayır (iki ölkənin maraqlarının fərqli olduğu yerdə)".

"Bloomberg"-in köşə yazarları da əvvəllər qeyd edirdilər ki, anti-Rusiya məhdudlaşdırıcı tədbirlər məsələsində vahid Qərb cəbhəsində parçalanmaya səbəb məhz Türkiyə olub. Ankara Moskvaya qarşı sanksiyalara qoşulmaq çağırışlarına məhəl qoymayıb, buna görə də o qədər də təsirli olmayıb.

Oxşar xəbərlər
OTACI