Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Məşhur yazıçı Nyu-Yorkda hücuma məruz qaldı - ANBAAN VİDEO

12 Aug 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Hindistan əsilli britaniyalı yazıçı Salman Rüşdi Nyu-Yorkda “Chautauqua” İnstitutunda mühazirəsindən əvvəl hücuma məruz qalıb.

Press.az “Qazeta.ru”ya istinadən xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

Nəşrin məlumatına görə, naməlum şəxs səhnəyə çıxaraq Ruşdini çıxışına başlamamış döyməyə başlayıb. Hücum edən şəxs saxlanılıb. Ehtimal ki, onun əlində bıçaq olub.

S.Ruşdi Hindistanın Bombey (indiki Mumbay) şəhərində anadan olub. Yazıçının “Şeytan ayələri” romanı müsəlmanların şiddətli etirazına səbəb olub. İranın dini lideri ayətullah Xomeyni fətvasında Ruşdini açıq şəkildə lənətləyərək onu, o cümlədən kitabın nəşrində iştirak edən bütün şəxsləri ölüm hökmünə məhkum edib və dünya müsəlmanlarını bunu yerinə yetirməyə çağırıb.

Yazıçı 2016-cı ildə 2000-ci ildən yaşadığı ABŞ vətəndaşlığını alıb.

 

Oxşar xəbərlər
OTACI