Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Ukrayna ABŞ-dan daha çox silah istəyir

12 Aug 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Ukrayna ABŞ Müdafiə Nazirliyindən HIMARS reaktiv yaylım atəş sistemləri, M777 artilleriya qurğuları üçün sursatları, eləcə də pilotsuz uçuş aparatları istəyib.

Press.az modern.az-a istinadən xəbər verir ki, bunu "Bloomberg" agentliyinə açıqlamasında Ukraynanın ABŞ-dakı səfiri Oksana Markarova bildirib.

"Raket sistemlər Rusiya ərazisini bombalamaq üçün yox, sadəcə olaraq ərazimizin istənilən nöqtəsini vurmaq üçün lazımdır", - deyə səfir qeyd edib.

Onun sözlərinə görə, Ukraynanın artıq bir çox belə sistemlər alsa da, daha çox uzaqmənzilli silahlara ehtiyacı var.

Səfir bildirib ki, Pentaqon rəsmiləri Ukraynaya nə lazım olduğunu bilirlər.

 

Oxşar xəbərlər
OTACI