Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Bu ölkə Rusiya vətəndaşlarının ölkəyə girişini qadağan edəcək

11 Aug 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Estoniya hökuməti Rusiya vətəndaşlarına viza qadağası tətbiq ediləcəyini açıqlayıb.

Press.az xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda Estoniyanın xarici işlər naziri Urmas Reinsalu açıqlama verib.

Estoniya üzərindən aldıqları Şengen vizaları ilə Rusiya vətəndaşlarının ölkəyə girişini qadağan edəcəklərini bildirən Reinsalu, alınan vizaların digər Şengen bölgəsi ölkələri üçün  etibarlı olmağa davam edəcəyini vurğulayıb.

Nazir bu qadağanı genişləndirmək üçün Aİ ölkələrini Rusiyaya Şengen vizası qadağası tətbiq etməyə çağırıb.

Qeyd edək ki, Estoniyanın Baş naziri Kaja Kallas avqustun 9-da sosial şəbəkədəki paylaşımında Avropa ölkələrini “Rusiyaya viza verilməsini dayandırmağa” səsləyib:

“Avropaya səfər etmək insan hüququ deyil, imtiyazdır, Rusiyadan səyahətləri dayandırmağın vaxtıdır”.

Oxşar xəbərlər
OTACI