First slide

Putin Mali prezidenti ilə danışdı

10 Aug 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Mali prezidenti Assimi Qoita Rusiya lideri Vladimir Putinə zəng edib.

Press.az TASS-a istinadən xəbər verir ki, Qoita Rusiya Federasiyası tərəfindən “müxtəlif dəstəyə” görə Rusiya rəhbərinə təşəkkür edib.

İki ölkə liderləri Rusiyadan ərzaq, gübrə və yanacağın tədarükü məsələsini də müzakirə ediblər.

“Rusiya və Mali departamentləri praktiki əməkdaşlığı gücləndirir”, – Kremlin bəyanatında deyilir.

Kreml vurğulayıb ki, Mali prezidenti Putinlə söhbətində ölkədə baş verən prosesləri ətraflı təsvir edib və sabitləşmə səylərindən danışıb. Rusiya Federasiyası və Mali liderləri də xarici siyasət sahəsində əməkdaşlığı müsbət qiymətləndiriblər.

“Xarici siyasət sahəsində Rusiya-Mali əməkdaşlığının səviyyəsindən, o cümlədən BMT vasitəsilə mövqelərin əlaqələndirilməsindən məmnunluq ifadə olunub ”, – deyə məlumatda bildirilir.

Bundan əlavə, Rusiya prezidenti ümid etdiyini bildirib ki, 2023-cü ildə Sankt-Peterburqda keçirilməsi planlaşdırılan Rusiya-Afrika sammiti Rusiyanın Afrika qitəsinin bütün dövlətləri ilə ənənəvi dostluq əlaqələrinin möhkəmlənməsinə kömək edəcək.

Bundan əvvəl Gazeta.RU Afrikada Qərb və Rusiyanın maraqlarının toqquşduğunu yazmışdı. Rusiyanın baş naziri Sergey Lavrov və Fransa prezidenti Emmanuel Makron demək olar ki, eyni vaxtda Afrika dövlətlərinə səfər ediblər .

Oxşar xəbərlər
OTACI