Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Danimarka Ukrayna hərbçilərinə təlim keçəcək

10 Aug 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Danimarka Ukrayna əsgərlərinə təlim keçmək üçün Böyük Britaniyaya hərbi təlimatçılar göndərəcək.

Press.az xəbər verir ki, məlumatı Danimarka Müdafiə Nazirliyi yayıb.

Ölkə, həmçinin öz ərazisində ukraynalı zabitlərə təlim keçməyi təklif edəcək.

Bu açıqlama Kopenhagendə keçiriləcək konfransdan əvvəl verilib. Konfransda Böyük Britaniya, Danimarka və Ukrayna müdafiə nazirlərinin Ukraynaya uzunmüddətli dəstəyi, o cümlədən hərbi təlim, minalardan təmizləmə və silah təchizatını müzakirə edəcəkləri gözlənilir.

Müdafiə naziri Morten Bodskov bildirib ki, təlimatçılar məhdud döyüş təcrübəsi olan Ukrayna əsgərlərinə ilkin hərbi təlimlər, o cümlədən şəhər döyüşləri və taktiki əməliyyatlar keçəcəklər.

 

Oxşar xəbərlər
OTACI