Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Stavropolda yeniyetmələr qumbara ilə partlayış törətdilər: Yaralılar var

09 Aug 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Rusiyanın Stavropol vilayətində yeniyetmələr həqiqi qumbara ilə partlayış törədiblər.

Press.az xəbər verir ki, hadisə avqustun 8-də baş verib. Uşaqlar Tambukan fermasının ətrafında gəzintiyə çıxıblar. Daha sonra Milli Qvardiyanın təlim poliqonuna gediblər. Hasara alınmayan poliqonda mühafizəçilər də olmayıblar. Buna görə uşaqlar rahatlıqla əraziyə daxil ola biliblər. Azyaşlılar ərazini araşdırmağa başlayıb və çuxurda çox sayda piyada əleyhinə qumbara tapıblar.

Bir az sursat götürən uşaqlar “döyüş oyunu” oynamağa başlayıblar. Daha sonra səkkiz qumbaranı da özləri ilə götürüb uşaq meydançasına gediblər. Meydançada bəzi qumbaraları söküblər, bəzilərinin isə barıtını boşaldıb yandırıblar. Nəticədə partlayış baş verib.

Yoldan keçən iki uşaq yaralanıb. Baş, boyun və ətraf nahiyələrindən xəsarət alan uşaqlar xəstəxanaya yerləşdiriliblər.

Hadisə ilə bağlı araşdırma aparılır.

Oxşar xəbərlər
OTACI